Bir vəkil pozuntuya görə kollegiyadan xaric edildi

Bir vəkil pozuntuya görə kollegiyadan xaric edildi

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib.

Bundan əlavə 1 vəkilə xəbərdarlıq olunub, 4 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub, 2 vəkilə töhmət verilib, 2 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.

Qafqazinfo.