Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 12-də ölkənin bir sıra rayonlarında 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.
Bu barədə “Azərişıq”ASC məlumat yayıb.
Bildirilib ki, Ağdaş Elektrik Şəbəkəsi (EŞ) ərazisində saat 10:00-dan 13:00-dək şəhərin Cəfər Cabbarlı, Molla Pənah Vaqif, Su-18, Muxtar Əfəndizadə, İmadəddin Nəsimi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq:
“Göyçay EŞ-yə daxil olan şəhər ərazisində saat 10:00-dan 15:00-dək Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhüseyn Şəhriyar və Nizami Gəncəvi küçələrinin bəzi yerlərində enerjinin verilişində fasilə yaranacaq.
Planlı fasilə saat 10:00-dan 14:00-dək Tərtərin Sarıcalı və Gülabadlı kəndlərini əhatə edəcək.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar”.