Bakı şəhəri, Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verib.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, əraziyə nazirliyin Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qafqazinfo.