Binanın dəhlizində ölü tapıldı

Binanın dəhlizində ölü tapıldı

Paytaxtın Yasamal rayonunda binalardan birinin dəhlizindən meyit tapılıb.

Iyulun 28-i saat 08 radələrində Z.Xəlilov küçəsi 74 ünvanındakı binanın dəhlizində həmin binanın sakini 1995-ci il təvəllüdlü Əlisa Hüseynovun meyiti tapılıb.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Qafqazinfo.