Biləsuvar rayonunda sürücü sükan arxasında dünyasını dəyişib.
Hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində torpaq yolda qeydə alınıb.
“Niva” markalı avtomobilin sürücüsü 1960-ci il təvəllüdlü Əlizadə Əliyev idarəetməni itirib, nəticədə avtomobil şor kanalına düşüb.
İlkin məlumata görə, Ə. Əliyev sükan arxasında ürək tutmasından vəfat edib.
Qeyd edək ki, mərhum rayonda fəaliyyət göstərən pambıq şirkətlərinin birində aqronom çalışırmış.
Faktla bağlı araşdırma aparılır.
Report.