Biləsuvarda qətl hadisəsi baş verib.
Hadisə rayonun Dəvrişli kəndində qeydə alınıb.
Belə ki, ilkin məlumata görə, kənd sakinləri arasında davam edən mübahisə bıçaqlanma ilə nəticələnib.
Bıcaq xəsarəti alan kişi rayon xəstəxanasına aparılarkən yolda ölüb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Surxay Şahbazov
Qafqazinfo.