Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Biləsuvar–Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Elvin Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı avtomobil aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Avtomobildə olan 1996-cı il təvəllüdlü Elnur Rüstəmov isə aldığı xəsarətlərdən həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
YENİLƏNİR
Report.