Biləsuvar sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb 

Biləsuvar sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb 

Biləsuvar rayon sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Avqustun 13-də saat 20:00 radələrində 1982-ci il təvəllüdlü Şölət Rüstəmlinin Biləsuvar rayonunun Dərvişli kəndi ərazisində kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı S.Ş. polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

20:47

Biləsuvar rayonunda qətl hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Dərvişli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakinləri arasında baş verən mübahisə bıçaqlanma ilə yekunlaşıb.

Bıçaq xəsarəti alan kişi rayon xəstəxanasına aparılan zaman yolda ölüb.

Report.