Bibisinə odun parçası ilə xəsarətlər yetirərək ödürüb – Foto

Bibisinə odun parçası ilə xəsarətlər yetirərək ödürüb  – Foto

Tovuz Rayon Prokurorluğu rayonda silahlı insidentlə bağlı məlumat yayıb.

Avqustun 6-sı Tovuz rayonunun Əli Mərdanlı kəndi ərazisində 1961-ci il təvəllüdlü Məhəbbət İsayevanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1997-ci il təvəllüdlü Ülvi İsayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odun parçası ilə xəsarətlər yetirərək qohumu Məhəbbət İsayevanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, Ü.İsayev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Qeyd edək ki, Ü.İsayevin M.İsayevanın qardaşı oğlu olduğu bildirilir.

Fotoda Məhəbbət İsayeva

Qafqazinfo.