Beyləqanda kanalda batma hadisəsi baş verib.
Hadisə Yuxarı Qarabağ kanalının rayonun “Görüş” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, kanalda batan şəxsin qadın olduğu bildirilir. Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib.
Hazırda faktla bağlı araşdırma aparılır, axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Ziya Əmirxanlı
Qafqazinfo.