Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, cərəyan sürücünü vuraraq öldürüb

Beyləqanda ölümlə nəticələnən avtomobil qəzası olub.

Hadisə Təzəkənd kəndində baş verib.

Belə ki, rayonun Bolsulu kənd sakini Məhəmməd Səfərəliyev “VAZ-2107” markalı avtomobilə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı elektirik dirəyinə çırpılıb. Bu zaman elektirik dirəyi aşaraq avtomobilin üzərinə düşüb. Sürücü avtomobildən çıxmaq istəyəndə onu elektrik cərəyanı vuraraq öldürüb.

Report.