Beyləqan rayonunda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var.
Hadisə rayonun Kəbirli kəndi ərazisində qeydı alınıb.
1991-ci il təvəllüdlü Firidun Süleyman oğlu Məhərrəmovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb.
Qəza nəticəsində sürücü, həmçinin avtomobildə olan 1958-ci il təvəllüdlü Səməd Musa oğlu Rzayev, 1982-ci il təvəllüdlü Elgün İsa oğlu Rzayev müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Report.