Beyləqanda ağır qəza – Ata öldü, oğul yaralandı

Beyləqanda ağır qəza  – Ata öldü, oğul yaralandı

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Iki minik avtomobilinin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Əliyev Şəfa Süleyman oğlu hadisə yerində ölüb.

Qəza zamanı onun oğlu, 1997-ci il təvəllüdlü Əliyev Əlizamin Şəfa oğlu, həmçinin 1988-ci il təvəllüdlü Həsənov Həsən Əbilqasım oğlu və 1979-cu il təvəllüdlü Məmmədov Zəfər Gülmirzə oğlu ağır xəsarət alıblar.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Qafqazinfo.