Bərdədə maşınlar toqquşdu – Xəsarət alanlar var

Bərdədə maşınlar toqquşdu  – Xəsarət alanlar var

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə Bərdə-Ağdam avtomobil yolunda qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” və “Lada” markalı avtomobillərin toqquşması nəticəsində Bərdə rayonunun Zümürxan kənd sakinləri – 1957-ci il təvəllüdlü Nəbiyeva Nərgiz Mahmud qızı və 1978-ci il təvəllüdlü Xudaverdiyev Zaur Zabil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım vasitəsilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. 

Ziya Əmirxanlı

Qafqazinfo.