Bərdə rayonunda avtomobil yaşayş evinə çırpılıb, xəsarət alanlar var.
Hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb.
Məlumata görə, idarəermədən çıxan “Changan” markalı avtomobil evə çırpılması nəticəsində tikilinin divarı uçub.
Qəza zamanı evdə olan bir ailənin 3 üzvü – İsmayılzadə Sevinc, İsmayızadə Xədicə və İsmayızadə Günel müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Report.