Bərdədə ağır qəza – Ölən və xəsarət alanlar var

Bərdədə ağır qəza  – Ölən və xəsarət alanlar var

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza günorta saatlarında rayonun Alpout kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı “VAZ-2109” və “Saipa” markalı avtomobillər toqquşub.

Nəticədə avtomobillərdə olan 5 nəfərdən 4-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq “VAZ-2109” markalı avtomobilin sürücüsü, Şəki rayon sakini, 1989-cu il təvəllüdlü Məmmədiyəyev Aydın Akif oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Qəza nəticəsində 1985-ci il təvəllüdlü Mahmudov Elnur Nurəddin qızı, “VAZ-2109″un sürücüsünün həyat yoldaşı, 1996-cı il təvəllüdlü Məmmədiyəyev Zemfira Vaqif qızı və 1974-cü il təvəllüdlü Abbasov Xələf Həsənağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Qafqazinfo.