Bərdədə 79 yaşlı kişi ağac kəsən zaman kanala yıxılaraq boğulub

Bərdədə 79 yaşlı kişi ağac kəsən zaman kanala yıxılaraq boğulub

Bərdə rayonunda 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılıb.

Hadisə rayonun Hacı Əhmədli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1947-ci il təvəllüdlü Məhəmməd Cəlilov ağac kəsən zaman ehtiyatsızlıqdan Yuxarı Qarabağ kanalına yıxılıb və suda boğulub.

Onun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Report.