Bərdə rayonunda 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
“Report”un Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, hadisə rayonun Mollalı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1972-ci il təvəllüdlü Mahir Həsənov fərdi təsərrüfatında mal-qaranı yemləyən zaman tövlədə olan sərinkeşin naqilindəki açıq hissəyə toxunub və onu elektrik cərəyanı vurub.
Report.