Hazırda Hörmüz boğazı İranın nəzarətindədir və su yolunun idarəçiliyi ilə bağlı Omanla məsləhətləşmələrin gedişatı, nəticələri barədə açıqlamaların verilməsi planlaşdırılır.
Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, İran boğazı ölkənin təhlükəsizliyini sığortalamaq üçün bağlayıb: “Bu şəraitdə biz ölkənin təhlükəsizliyini qorumaq üçün tədbirlər görmək hüququna malikik.
İslamabad razılaşmasından sonra boğaz bir az daha təhlükəsiz idi və biz öhdəliklərimizə əməl edirdik, lakin Amerika 23 gündən sonra əhdi pozub”.
Report.