Bəqai ABŞ-nin İrana hücumu ilə İkinci Dünya müharibəsinin başlaması arasında anlogiya aparıb

Bəqai ABŞ-nin İrana hücumu ilə İkinci Dünya müharibəsinin başlaması arasında anlogiya aparıb

Rəsmi Tehran yanacağın bahalaşmasının İranın günahı olduğuna dair ABŞ-nin iddialarına qarşı çıxıb.

Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai “X” sosial şəbəkə hesabında yazıb.

“ABŞ rəsmiləri yanacağın qiymətlərinin artmasında İranı günahlandırırlar, sanki ictimaiyyətin yaddaşı təcavüzkar müharibəni, əslində, kimin başlatdığını, Hörmüz boğazının bağlanmasına və ticarət gəmiçiliyinin pozulmasına gətirib çıxaran böhranı kimin hərəkətlərinin yaratdığını unudacaq qədər qısadır”, – Bəqai bildirib.

Report.