Bayramov sabah Moskvaya gedəcək

Bayramov sabah Moskvaya gedəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya rəsmi səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova  bildirib. 

Səfər zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar planlaşdırılıb. 

“İyulun 16-dan 17-dək Azərbaycan Respublikasının xarici işlər naziri rəsmi səfərlə Rusiya Federasiyasını ziyarət edəcək. Onun Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovla danışıqları baş tutacaq. İki ölkənin xarici siyasət idarələrinin rəhbərləri Rusiya-Azərbaycan münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini, həmçinin bir sıra aktual regional və beynəlxalq məsələləri müzakirə edəcəklər”, – M.Zaxarova qeyd edib.

Qafqazinfo.