Bayıl və Badamdar sakinlərinin nəzərinə

Bayıl və Badamdar sakinlərinin nəzərinə

Səbail rayonunun iki qəsəbəsində qaz təchizatında müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, aparılan təmir-quraşdırma işləri ilə əlaqədar 13.08.2026-cı il tarixində saat 10:00-dan etibarən işlər tam yekunlaşanadək Bayıl və Badamdar qəsəbələrinin bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

 

Qafqazinfo.