Türkiyənin Batman şəhərinin qəbiristanlığında silahlı insident yaşanıb, Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rayon İdarə Heyətinin üzvü Mehmet Direk öldürülüb.
Batmanın mərkəzindəki Güneykent məhəlləsində yerləşən Asri Qəbiristanlığında Mehmet Direk, oğlu Ercan Direk və qardaşı oğlu Bekir Direk odlu silahla vurulub.
Silah səslərinin eşidilməsindən sonra ətrafdakı vətəndaşlar vəziyyət barədə polisə məlumat veriblər.
Hadisə yerinə tibb və çox sayda polis qrupu göndərilib. Meyitlər Batman Tədris və Araşdırma Xəstəxanasına aparılıb.
Report.