Göyçayda orta yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə rayonun Alpoud kəndində baş verib.
1984-cü il təvəllüdlü Anar Səlimov ot tayasının üstündə olarkən halı pisləşərək yıxılıb. Bu zaman ot presi onun başına düşdüyündən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.
Yunis Quliyev
Qafqazinfo.