Başçının müavini idi, I müavin oldu

Başçının müavini idi, I müavin oldu

Şəki Şəhər İcra Hakimiyyəti başçısına I müavin təyin olunub.

Bununla bağlı icra başçısı Elxan Usubov sərəncam imzalayıb.

Sənədlə I müavini vəzifəsinə Elman İmamverdiyev təyin edilib.

Qeyd edək ki, E.İmamverdiyev 1984-cü ildə Şəkidə anadan olub. O bu təyinatadək başçının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qafqazinfo.