“Baku ID” tədbirində artıq 50-dən çox beynəlxalq və regional vençur fondu təmsil olunur.
Bunu “SABAH.HUB” şirkətinin baş icraçı direktoru Rahim Bayramlı media nümayəndələrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu, ardıcıl olaraq 5-ci dəfə təşkil edilən tədbirdir: “Tədbirin başlıca hədəfi Azərbaycan və regiondakı startaplar üçün vahid platforma formalaşdırmaq, onların beynəlxalq investorlar önündə çıxış edərək maliyyə cəlb etmələrinə kömək göstərməkdir”.
R.Bayramlı vurğulayıb ki, bu ilki tədbir həcminə görə ən genişmiqyaslısıdır: “İlk dəfə olaraq tədbirdə 50-dən artıq beynəlxalq və regional vençur fondu təmsil olunur. Ümumilikdə 60 startap onların qarşısında təqdimatla çıxış edir. Həmin startapların 45-i xarici ölkələrdən, 15-i isə yerli müəssisələrdir”.