Bakıdan Tovuza qonaq gedən uşağı maşın vurdu – Vəziyyəti ağırdır

Bakıdan Tovuza qonaq gedən uşağı maşın vurdu  – Vəziyyəti ağırdır

Tovuzda azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayon ərazisində qeydə alınıb.

2018-ci il təvəllüdlü N.O-nu maşın vurub. 8 yaşlı oğlan xəstəxanaya çatdırılıb və təcili əməliyyata götürülüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

İlkin məlumata görə, uşaq Bakıdan Tovuza qonaq gedibmiş.

Yunis Quliyev

Qafqazinfo.