Bakıda üzərinə monitor aşan qadına zəruri tibbi xidmətlər göstərilib

Bakı şəhəri Yasamal rayonu Məhəmməd Naxçıvani küçəsində monitor aşması nəticəsində qadın xəsarət alıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 20.09.2026-cı il tarixində saat 16:10 radələrində 1968-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Sözügedən şəxs ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında 20.09.2026-cı il tarixində saat 18:20 radələrində özəl tibb müəssisəsinə təxliyə olunub.

Report.