Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən, “Qayğı” MTK-ya məxsus yaşayış binasının 6 ədəd liftində plan üzrə yoxlama aparılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Yoxlama zamanı liftlərin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi, həmçinin insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.
Qeyd edilənlər nəzərə alınaraq, liftlərin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün “Qayğı” MTK-nın qarşısında məsələ qaldırılıb.
Report.