Bakıda mopeddən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda mopeddən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Nərimanov rayonu ərazisində bir nəfərə məxsus mopeddən 490 manat dəyərində çanta və əşyalar oğurlanıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 50 yaşlı İ. Seyidov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs kuryerin sifarişi təhvil vermək üçün mopeddən uzaqlaşdığını görərək talama əməlini törədib.

Report.