Bakıda işlədikləri şirkətdən oğurluq edən şəxslər saxlanılıb

Bakıda işlədikləri şirkətdən oğurluq edən şəxslər saxlanılıb

Bakıda işlədikləri şirkətdən elektrik avadanlıqları oğurlayan iki nəfər saxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Hadisə Binəqədi rayonu ərazisində yerləşən şirkətlərin birində qeydə alınıb. Polis əməkdaşları talama cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı E.Quliyev və 40 yaşlı M.Gülməmmədov saxlayıb.

Report.