Bakıda gecə klubunun dam örtüyü yanır.
Nərimanov rayonu ərazisində yerləşən “Burju Baku” gecə klubunun dam örtüyündə yanğın baş verməsi ilə bağlı müraciət daxil olub.
Müraciət əsasında Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Report.