Bakıda ər-arvadın evdə meyitləri tapıldı

Bakıda ər-arvadın evdə meyitləri tapıldı

Bakıda mənzildən kişi və həyat yoldaşının meyitləri tapılıb.

Hadisə bu gün saat 3 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

İlkin ehtimala görə, qəsəbə sakini 1985-ci il təvəllüdlü Coşqun Nurəddin oğlu Bağırov yaşadığı evdə həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib. O, daha sonra özünü də öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo.