Bakıda dünəndən başlayan güclü külək nəticəsində 48 ağac aşıb, 63 budaq sınıb

Bakıda iyulun 27-dən başlayan güclü külək nəticəsində ayın 28-i səhər saatlarına qədər 48 ağac aşıb, 63 budaq sınıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib.

Birliyin briqadaları tərəfindən operativ şəkildə sınan ağacların kəsilməsi, sınan budaqların budanmasını təmin ediblər.

Report.