Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında “Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə qərargah danışıqları” keçirilib.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti, gələcək perspektivləri və bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Report.