Bakıda 4 min ədəddən çox qəlyan tütünü dövriyyədən çıxarılıb

Bakıda 4 min ədəddən çox qəlyan tütünü dövriyyədən çıxarılıb

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks tədbirlər nəticəsində ölkə ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə “Report”a komitədən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən anbarda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycana məxsus məcburi nişanlanma ilə nişanlanmayan, ümumilikdə 4263 ədəd qəlyan tütünü aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Report.