Bakıda 27 yaşlı oğlan öldürüldü – Qardaşı saxlanıldı

Bakıda 27 yaşlı oğlan öldürüldü  – Qardaşı saxlanıldı

Bakıda qətl törədilib.

Hadisə ötən gecə saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.

1999-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdlü Aqil Qulamzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo.