Bakı-Tbilisi qatarı yolda qaldı – Gürcüstandakı işıq probleminə görə

Bakı-Tbilisi qatarı yolda qaldı  – Gürcüstandakı işıq probleminə görə

Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.

ADY-dən verilən məlumata hörə, problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.

Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.

Qafqazinfo.