Bakı-Qazax yolunda qəza baş verib.
Hadisə Bakı-Qazax magistral avtomobil yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, “Chevrolet” markalı avtomobillə “VAZ 2107” markalı maşın toqquşub.
Qəza zamanı beş nəfər – Samir Abdullayev (1998), Elxan Nəsibov (1999), Röyal Məmmədov (1988), S. Bayramov (2024) və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanalardan birinə yerləşdirlib.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev
Qafqazinfo.

