“Bakı Metropoliteni”ndə yeni – Təyinatlar

“Bakı Metropoliteni”ndə yeni  – Təyinatlar

“Bakı Metropoliteni” QSC-də yeni kadr təyinatları olub.

Bununla bağlı qurum sədri Vüsal Aslanov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Aydan Qurbanova QSC-nin Strateji İnkişaf Departamentinin Dayanıqlılıq şöbəsinin rəisi, Rəsul Rzayev isə QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Digər əmrlə, Rəşad İbrahimov Bakı metrosunun Satınalma şöbəsinin rəis müavini vəzifəsindən azad olunub.

Qafqazinfo.