BAEA İrandakı AES-ə hücumla bağlı araşdırmaya başlayıb

BAEA İrandakı AES-ə hücumla bağlı araşdırmaya başlayıb

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın (BAEA) “Darkhovin” Atom Elektrik Stansiyasının (AES) tikinti sahəsinə gecə saatlarında baş vermiş hücumla bağlı məlumatları araşdırır.

Bu barədə BAEA “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Obyekt tikintinin ilkin mərhələsindədir və BAEA tərəfindən sonuncu dəfə ziyarət edilərkən orada heç bir nüvə materialı yox idi”, – məlumatda bildirilib.

Qeyd olunub ki, hücumun hər hansı radioloji risk yaratdığı güman edilməsə də, BAEA-nın Baş direktoru Rafael Qrossi nüvə ilə əlaqəli bütün obyektlərin yaxınlığında hərbi əməliyyatlara qarşı çağırışını təkrarlayır:

“BAEA İranla əlaqə saxlayıb və əlavə məlumat əldə olunduqca təqdim edəcək”.

15:09

İranın Atom Enerjisi Təşkilatı (İAET) ABŞ-nin “Darkhovin” Atom Elektrik Stansiyasına (AES) hücumunu pisləyib.

ABŞ beynəlxalq hüquqa zidd olan akt törədib”, – məlumatda bildirilib.

Qeyd olunub ki, bazar günü yerli vaxtla səhər saat 3:39 radələrində Amerika qüvvələri inşası davam edən “Darkhovin” AES-ə zərbə endirib.

Report.