Babək rayonunda minik avtomobili yanıb

Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunun Cəhri qəsəbəsində minik avtomobili yanıb.

Yanğınla bağlı Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumat əsasında dərhal Babək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənərək ətrafa yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.

Report.