Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“VAZ-21015” markalı avtomobillə “NAZ-Lifan” markalı nəqliyyat vasitəsi toqquşub.
Qəzada 2009-cu il təvəllüdlü Abbasov Namiq Qılman oğlu, 2003-cü il təvəllüdlü Hacıyev Elnur Çingiz oğlu və 2010-cu il təvəllüdlü Ələkbərov Amin Təbriz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılaraq müalicəyə cəlb ediliblər.
Report.