AZPROMO Abu-Dabi İnvestisiya Ofisi ilə əməkdaşlıq imkanlarını müzakirə edib

AZPROMO Abu-Dabi İnvestisiya Ofisi ilə əməkdaşlıq imkanlarını müzakirə edib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Abu-Dabi İnvestisiya Ofisi arasında əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran prioritet istiqamətlər və mümkün birgə təşəbbüslər müzakirə olunub.

Bildirilib ki, müzakirələr Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən onlayn görüşdə baş tutub. AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri və bu ilin sentyabr ayında keçirilməsi planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu barədə məlumat verib.

Müzakirələr zamanı iki qurum arasında əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran sahələr üzrə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər mümkün birgə təşəbbüslərin müəyyənləşdirilməsi istiqamətində əməkdaşlığı davam etdirmək razılığına gəliblər.

Report.