“Azərmaş Group” maliyyə vəziyyətini açıqlayıb

“Azərmaş Group” maliyyə vəziyyətini açıqlayıb

“Azərmaş Group” MМС ötən ili 8,096 milyon manat xalis mənfəətlə başa vurub.

Bu, 2024-cü illə müqayisədə 13,3 % azdır.

Ötən il “Azərmaş Group”un vergiyəqədərki mənfəəti 8,16 milyon manat (əvvəlki ilə nisbətən 31 % az), mənfəət vergisi ödəmələri isə 64 min manat (38,9 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərmaş Group”un aktivləri 47,425 milyon manat olub ki, bu da illik müqayisədə 15,6 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 42,4 % azalaraq 22,956 milyon manata düşüb, balans kapitalı isə 49,4 % artaraq 24,469 milyon manata çatıb.

Report.