“Azəriqaz” payız-qış mövsümünə hazırlıqları davam etdirir – Fotolar

“Azəriqaz” payız-qış mövsümünə hazırlıqları davam etdirir  – Fotolar

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi qarşıdan gələn payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir.

Uzun illər istismarda olan, korroziyaya uğrayan qaz xətləri əvəzlənir, torpaqla təmasda olan borular dayaqlar üzərinə qaldırılır.

Hazırda Samux rayonunun iki kəndində – Seyidlər və Füzuli kəndlərində də bu cür işlər görülür. “Azəriqaz” İB-nin Gəncə Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi İlkin Behbudovun sözlərinə görə, Seyidlər kəndinin qaz şəbəkəsinin yenidən qurulması, davamlı və keyfiyyətli təbii qazla təmin olunması üçün planlaşdırılmış işlər çərçivəsində təxminən 8 min poqonmetrə qədər müxtəlif diametrli qaz kəmərlərinin dəyişdirilməsi, yenilənməsi və təmir olunması nəzərdə tutulub. 

Abonentlərin payız-qış mövsümündə mavi yanacaqdan davamlı və fasiləsiz şəkildə istifadə edə bilmələri üçün Samux rayonunun Füzuli kəndində də müvafiq işlər görülür.

Ətraflı videomaterialda:



Qafqazinfo.