Azərbaycan və Türkmənistan arasında qarşılıqlı ticarətin artırılması imkanlarına dair fikir mübadiləsi aparılıb.
Bildirilib ki, Azərbaycanla Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Türkmənistan Ticarət-Sənaye Palatasının sədrinin müavini Azat Nazarov və Türkmənistan Sənayeçilər və Sahibkarlar İttifaqının Aşqabad şəhəri və Ahal vilayəti üzrə şöbə müdiri Yusup Gılıçdurdıyev ilə görüşüb.
Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Səməd Həsənovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Türkmənistan arasında ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı ixrac potensialına malik məhsulların müəyyənləşdirilməsi və işgüzar dairələr arasında əməkdaşlığın inkişafı müzakirə olunub.