Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 3 % azalıb

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 3 % azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard 280 milyon 18 min 870 ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 103 milyon 998 min ABŞ dolları (3 %) azdır.

Son 1 ildə Azərbaycanın Türkiyəyə ixracının dəyəri 2,9 % azalaraq 1 milyard 949 milyon 138 min ABŞ dolları, idxalının dəyəri isə 3,2 % azalaraq 1 milyard 330 milyon 880 min ABŞ dolları olub.

Hesabat dövründə Türkiyə ilə ticarət ümumi dövriyyənin 11,2 %-i qədər olub. O cümlədən, ixrac ümumi ixracın 10 %-ni, Türkiyədən idxal isə ümumi idxalın 13,4 %-ni təşkil edib.

Report.