Azərbaycanın Ermənistana 7 aylıq ixracının dəyəri açıqlanıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Ermənistana 17 milyon 372 min ABŞ dolları dəyərində mal ixrac edib.

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən bildirilib.

7 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 960 ABŞ dolları təşkil edib. Ötən ay bu ölkədən idxal olmayıb.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.

Report.