Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb

Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır.

Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 4,2 % çoxdur.

Əczaçılıq məhsulları üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 2,87 %-ni, ixrac gəlirləri isə ümumi ixrac qazancının 0,01 %-ni təşkil edib.

Xatırladaq ki, yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.

Report.